16 münsif 30 növ şəraba qiymət verəcək
Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” çərçivəsində "II Salxım Dequstasiya Müsabiqəsi" keçirilir.
Festivalın keçirilməsində məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.
"IV Beynəlxalq Şərab Festivalı” çərçivəsində "II Salxım Dequstasiya Müsabiqəsi" Azərbaycan Dövlət Aqrar Universitetinin Qida Məhsulları Mühəndisliyi və Ekspertiza kafedrasında keçirilir. Dequstasiyada beynəlxalq və yerli münsiflər tərəfindən 30 şərab növünün təamları qiymətləndiriləcək. Bununla yanaşı kulinariya şousu, Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası da baş tutacaq.
Qeyd edək ki, Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöy və Abşeronda yerləşən müəssisələrin istehsalı olan 30 növ şərab, 16 münsif tərəfindən 100 ballıq sistemi ilə qiymətləndirilir.
Sabah isə Gəncədə yerli, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarusiya və s. ölkələrdən olan xarici qonaqların iştirakı ilə "IV Beynəlxalq Şərab Festivalı”nın rəsmi açılış mərasimi baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl