Azərbaycan dizeli qaçaq yollar ilə xaricə daşınır
Azərbaycandan dizelin xaricə qaçaqmal şəkilində aparılması halları artıb.
2019-cu il ərzində gömrük orqanları tərəfindən dizel yanacağının xaricə qaçaqmal aparılması ilə əlaqədar 17 fakt qeydə alınmışdır.
"Marja"nın Dovlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, onlardan biri üzrə materiallar toplanaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, on iki fakt üzrə inzibati xəta haqqıda iş üzrə icraat başa çatdırılmış, dörd fakt üzrə isə hazırda icraat davam etdirilir.
Hüquqpozma predmeti qismində saxlanılan dizel yanacağının həcmi 2 milyon 970 min 770 litr təşkil etmişdir.
Əldə etdiyimiz məlumata görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Dizelin qaçaq yollarla ölkə xaricinə daşınması rəsmi ixracın azalmasına və dövlətin valyuta gəlirləri itkisinə səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 14 saat əvvəl