Azərbaycan hökuməti kasıb əhali üçün 100 milyon dollar borc alır
Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün 100 milyon dollar məbləğində kreditin ayrılmasına dair danışıqlar son mərhələdədir.
Bu barədə bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi məlumat verib.
“Bu layhə ilə bağlı danışıqlar parktiki olaraq başa çatıb. Biz çox sayda görüşlər keçirdik, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri ilə bütün məsələləri müzakirə etdik. Yaxın zamanda kreditin təsdiq olunmasını gözləməyə dəyər”, - Naqvi bəyan edib.
Xəbər verildiyi kimi, DB bu layihənin reallaşdılmasına 100 milyon dollar ayırmağı planlaşdırır. DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin birinci rübündə təsdiqləyəcəyi planlaşdırılır.
Layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib.
Layihə üç komponentdən ibarət olacaq: özünüməşğulluq proqramının əhatə dairəsi və səmərəliliyinin artırılması; işlə təmin etmə xidmətlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi; layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.
Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə özünüməşğulluq tədbirlərinin təşkilinə 56 milyon manat (cari məzənnə ilə 33 milyon dollar) yönəltməyi planlaşdırır.
2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə 15 minədək ailəni əhatə edəcək. Proqramın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaq, kiçik sahibkarlığın inkişafına təkan verməkdən ibarətdir. Proqram aztəminatlı ailələr üçün nəzərdə tutulub. Belə ailələr kənd təsərrüfatı texnikası, avadanlıq və mal-qara ilə təmin olunur.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
25 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır