Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

3 bank Mərkəzi Banka borcunu tam qaytarıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
3 bank Mərkəzi Banka borcunu tam qaytarıb

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

 

Bu banklardan 3-ü - "Bank of Baku", "Xalq Bank" və "Nikoyl Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.

 

Bununla yanaşı, 5 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Günay Bank", "AGBank", "Atabank", "Muğan Bank" və "Bank BTB"dir. Ən çox azalma "Bank BTB"də (79,9% az), ən az azalma isə "Günay Bank"da (9,8%) qeydə alınıb.

 

1 bankın - "Premium Bank"ın tənzimləyici quruma borcu 9 dəfə artıb.

 

12 bankın - "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın son 1 ildə AMB qarşısında öhdəliyi olmayıb, 1 bankın - "Kapital Bank"ın isə tənzimləyici qurum qarşısında öhdəliyi ötən ilin IV rübündə yaranıb. Odur ki, bu bankların AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb.

 

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb. 

 

7 bankın Mərkəzi Banka ümumi borcu 96 milyon manatdan çoxdur

 

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 7-si tənzimləyici quruma ümumilikdə 96,04 milyon manat borcludur.

 

Həmin banklar "AGBank", "Premium Bank", "Muğam Bank", "Atabank", "Günay Bank", "Bank  BTB" və "Kapital Bank"dır.

 

Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (32,9 milyon manat), ən az borclu olan isə "Kapital Bank"dır (0,5 milyon manat).

 

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 15 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank of Baku", "Bank VTB Azərbaycan", "Xalq Bank", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

 

8 bankın "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəlikləri barədə məlumatı əldə etmək mümkün olmayıb.


 

16:20 -"Azərbaycan Beynəlxalq Bankı"ndan "Marja"ya bildirildi ki, AMB qarşısında öhdəlik olmadığından  maliyyə hesabatlarında bu bərədə məlumat göstərilməyib.

 

NAĞD PUL 17%-DƏN

 

© "Renkinq"

09.12.2019 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ