Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə alternativ yol tövsiyə etdi
Bakı şəhər Baş Polis İdarəsi "Eurohome" Ticarət Mərkəzində baş verən yanğınla bağlı sürücülərə müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur:
"Xəbər verdiyimiz kimi, səhər saatlarında “Eurohome” Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb. Vəziyyəti təhlil etdiyimiz zaman məsləhət görərik ki, Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur.
Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Maştağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib.
Sürücülərdən xahiş edirik ki, yaranmış vəziyyəti təhlil edib düzgün qərar versinlər. Məhdudiyyət tam yanğın söndürülənə qədər davam edəcək”.
V.Əsədov əlavə edib ki, hazırda Bakıdan Sumqayıt istiqamətində hərəkət edənlər Biləcəri qəsəbə dairəsindən keçməklə Ekologiya postundan sağa, körpü üzərindən, eyni zamanda həmin körpü vasitəsilə Biləcəri qəsəbəsi daxilindən Bakı-Binəqədi yolundan istifadə etdiyi üçün Şamaxı istiqamətində nəqliyyat sıxlığı yaranıb:
"Tıxacın qarşısının alınması üçün sürücülər digər alternativ yollardan istifadə etsinlər. Biləcəri istiqamətində hərəkət edənlər isə Bakı-Binəqədi yoluna üstünlük versinlər. Həmçinin Sumqayıtdan Bakıya gələnlər üçün "VAZ" və Xırdalan dairəsi kimi tanınan ərazidən hərəkət Abşeron rayonu daxilinə, yaxud yeni Dairəvi yolla Novxanı istiqamətinə dəyişdirilib".
© "Modern"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək