Beynəlxalq Bank işə qəbul elan etdi
(®) Azərbaycan Beynəlxalq Bankı aktiv şəkildə böyüyən Telemarketinq komandasına mütəxəssislərin işə qəbulunu açıq elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satış sahəsində davamlı fərdi və peşəkar inkişafa can atan bütün təcrübəli namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
-Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı
-Potensial müştəriləri bazasına zənglərin edilməsi
-Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair məsləhətlərin verilməsi
-Bankın təsdiqlənmiş metodologiyasına uyğun olaraq şikayətlərin araşdırılması
-Müraciətlərin interfeysdə qeydiyyatının aparılması
Hər zəng uğurlu bir satış ola bilər və əlavə gəlir mənbəyinə çevrilə bilər! Ən əsası isə Siz müştərilərə öz problemlərinə həll yolu tapmaqda və Bankla ünsiyyətdən zövq almaqda böyük rol oynayacaqsınız.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
-Adekvat əmək haqqı və bonus sistemi
-Növbəli iş qrafiki (gün ərzində 8, həftə ərzində 40 saatı keçməmək şərti ilə)
-Rahat iş şəraiti
-Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
-Davamlı karyera inkişafı
Bizim üçün ideal namizəd:
-Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 6 ay iş təcrübəsi olan
-Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
-İnandırmağı, arqumentlər tapmağı, problemlərə kreativ həll yolları tapa bilən
-Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən
-Komputer bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız idel namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 06.01.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq Mütəxəssisi")
Əlavə məlumat üçün: www.ibar.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
38 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 54 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl