Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətlərinin qalxması dayanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətlərinin qalxması dayanıb

Bloomberg-in keçirdiyi sorğuya görə, OPEC-in neft hasilatı Mart ayında gündəlik 200 min barel düşüb. Ancaq bu azalma, böyük ehtimalla, qlobal hasilat artıqlığını azaltmağı hədəfləyən istehsal azaldılması müqaviləsindən xaric tutulan Nigeriya və Liviyadakı azalmalardan qaynaqlanıb. Liviyanın, neft qiymətlərindəki artıma yardım olan bir həftəlik fasiləsindən sonra, ən böyük limanından yenidən neft ixracına başlandığı qeyd edilir.
 


"Marja" xəbər verir ki, neft qiymətləri keçən həftə 5,5% qalxmışdır. Buna  Küveyt və digər Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri ilə birlikdə Omanının Yanvar ayında başlayan 6 aylıq hasilatın azaldılması müqaviləsinin  uzadılmasını dəstəkləmələrini bəyan etmələri səbəb olmuşdur. OPEC-in Baş Katibi Mohammad Barkindo, Bazar günü etdiyi açıqlamada, ABŞ-da aktiv buruqların sayının 2015-ci ilin Sentyabr ayından  bu yana ən yüksək səviyyəsinə çıxmasına baxmayaraq, bazarın hazırda sabitləşməkdə olduğu məsələsində təmkinli bir şəkildə nikbin olduğunu deyib.

Reklam_3_11


 
Analitiklər bildirirlər ki, neft qiymətlərinin qalxması üçün Səudiyyə Ərəbistanı ya da Rusiyanın müddəti 6 ay olan istehsal azaldılması müqaviləsinin uzadılması məsələsində daha kəsin fikirlər söyləməsi lazımdır 


 
Qərbi Texas nefti (WTI) Nymex birjasında 50.24 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında Bazar Ertəsi günü 0.8% düşdükdən sonra daha 1 sent geriləyərək bareli 53.11 dollara enib.  

04.04.2017 06:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ