Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 7 bankın nizamnamə kapitalı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 7 bankın nizamnamə kapitalı artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu il oktyabrın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

 

Bunlar "Access Bank", "Xalq Bank", "Turan Bank", "Muğan Bank", "Nikoyl Bank", "Kapital Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Access Bank"da (84,5%), ən aşağı dinamika isə "AGBank"da (0,4%) qeydə alınıb.

 

1 bankın - "Express Bank"ın nizamnamə kapitalı 18% azalıb.

 

Qalan 22 bankın isə nizamnamə kapitalı dəyişməyib.


5 bankın nizamnamə kapitalı 300 milyon manatdan çoxdur


Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq Bank" (364,773 milyon manat), "Nikoyl Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat)  və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).

 

Qalan 25 bankdan 8-də nizamnamə kapitalı 100-300 milyon manat arasında, 1 bankda 100 milyon manat, 15 bankda 10-100 milyon manat arasında, 1 bankda  - Pakistan Milli Bankının Bakı filialında isə 10 milyon manatdan azdır.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Renkinq"

11.12.2019 06:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ