“Muğanbank” beynəlxalq kart təşkilatı tərəfindən mükafatlandırılıb
(®) “Mastercard” Beynəlxalq Kart Təşkilatı 10.12.2019-cu il tarixində “JW Marriott Absheron Baku Hotel”-də hər il olduğu kimi, bu ildə “Mastercard Günü” adı altında ənənəvi mükafatlandırma mərasimi təşkil etmişdir.
Belə ki, 2019-cu ilin nəticələrinə görə “Muğanbank” ASC “Debit Mastercard kartlarının sayını ən çox artıran 1-ci bank” nominasiyasında Mastercard Beynalxalq Kart təşkilatı sistemi tərəfindən xüsusi sertifikat ilə təltif edilib.
“Muğanbank” ASC“ 2004-cü ildən “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir və “Maestro”, “MC Debit”, “MC Standard”, “MC Gold”, “MC Platinum” “MC Business” və MC World Elite kartlarını müştərilərinə təqdim edir. Qeyd edək ki, 2018-ci ildən Muğanbank ASC Mastercard beynəlxalq sisteminin prinsipial üzvüdür. MasterCard kart sahibləri alış-veriş zamanı restoranlarda, əyləncə və istirahət məkanlarında eksklüziv imtiyazlar və avtomatik endirimlərdən yararlana bilərlər. Muğanbank Mastercard Debit PayPass (Contacless) təmassız kart məhsullarını da təqdim edir. Təmassız kartlar vaxt itkisinə yol vermədən qısa zamanda rahat və təhlükəsiz əməliyyatlar həyata keçirməyə imkan verir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl