Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

 

Reklam_3_11

Müəyyən edilib ki, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyəti qənaətbəxş deyil. Sexin bir neçə sahəsi istehsal müəssisəsi üçün əlverişli olmayan materiallardan təşkil olunan arakəsmələr vasitəsi ilə bölünüb. Müəssisədə istifadə edilən alət və ləvazimatların, sobanın, işçi masaların, listlərin, qabların və çörək yığılan rəflərin istismar müddəti keçdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Müəssisədə istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb.

 

Yoxalama zamanı işçilərin sanitar geyimlərlə təmin olunmadığı, havalandırma sisteminin istismara yararsız olduğu müəyyən edilib.

 

Eyni zamanda işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar və xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib.

 

Müəyyən olunub ki, müəssisədə qablaşdırılan hazır məhsulların markalanmasında tələblərə düzgün əməl olunmur. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

11.12.2019 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ