Bu da 3 milyonuncu xarici qonaq
Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Marja"ya verilən məlumata görə, həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olmuşdur. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiyyələr ilə qarşılanan xarici qonaq bu xoş sürprizdən çox məmnun olmasını söyləmiş və öz minnətdarlığını bildirmişdir.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sərhədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.
Dövlət Sərhəd Xidməti qeyd edib ki, 1 şəxsin sərhəd keçmə prosedurlarının rəsmiləşdirilməsinə 1 dəqiqədən az vaxtın sərf edilməsinə nail olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
39 d. əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
47 d. əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 49 d. əvvəl
- 52 d. əvvəl
-
58 d. əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
12 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 12 saat əvvəl