Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR istiqrazlarının qiyməti sürətlə artır – QİYMƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR istiqrazlarının qiyməti sürətlə artır – QİYMƏT

Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti sürətlə artır. İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən "Marja"ya verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1007-1008 dollara satmaq, 1012,5 dollara almaq olar.

 

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.

 

"PSG Kapital" şirkətindən bildirilib ki, istiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər (hər istiqraza görə 12,5 dollar həcmində) ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə mart ayında təkrar bazarda 8,3 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.

 

Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. İndiyədək təkrar bazarda 66 milyon dollarlıq istiqraz alını-satılıb ki, bu da bütün istiqrazların 3-də ikisi deməkdir.

04.04.2017 08:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ