Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın dəmir yollarında innovativ taksi sistemi fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dəmir yollarında innovativ taksi sistemi fəaliyyət göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Reklam_3_11

Sənədi “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer”in prezidenti Hikmət Abdullayev imzalayıblar.

 

Memorandumun məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsinin birgə həyata keçirilməsində əməkdaşlığın təmin edilməsidir.

 

Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək.

 

“ASAN Railway” sisteminin artıq ilkin modeli laborator mühitdə hazırdır və müvafiq memorandum prosesi daha da sürətləndirəcək. “ASAN Railway” sistemi ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

 

YATIRIM İNDİ DAHA RAHAT

13.12.2019 08:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ