Mərkəzi Bank yenilənmiş inflyasiya gözləntisini açıqladı
Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8 - 3% intervalında olacağını göstərir.
"Marja" xəbər verir ki, bu, Mərkəzi Bankın ilin son iclasının qərar mətnində deyilir.
"Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər etmişdir. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8 - 3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir".
Cari ilin Fevral ayında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, Mərkəzi Bank 2019-cu ildə 4% səviyyəsində inflyasiya proqnozlaşdırır. Beləliklə, Mərkəzi Bank inflyasiya proqnozunu aşağı salıb.
HƏMÇİNİN OXU: Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2.6% təşkil etmişdir ki, bu da Mərkəzi Bankın hədəf diapazonunun (4±2%) aşağı həddinə daha yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
37 d. əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 38 d. əvvəl
-
54 d. əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl