84 günlük notlara tələb təklifi 5 dəfədən çox üstələyib
13 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 30 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.9431 AZN (9.00%) və 98.7329 AZN (5.50%) olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 162 milyon 331 min 300 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.7329 AZN (5.50%), orta ölçülmüş qiyməti 98.7329 AZN (5.50%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 09.03.2020
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 d. əvvəl
- 9 d. əvvəl
- 14 d. əvvəl
-
19 d. əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
23 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 27 d. əvvəl
- 34 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
51 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl