“Azəralüminium” “ADA” Universiteti ilə əməkdaşlıq edəcək
“ADA” Universiteti ilə “Azəralüminium” MMC-nin nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
Azərbaycan Sənaye Korporasiyasının yaydığı məlumatda bildirilir ki, görüş zamanı Universitetin rektoru Hafiz Paşayev və müəssisənin direktoru Maksim Cavadov tələbə və məzunların məşğulluq imkanları, elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, eləcə də “Azəralüminium” MMC-nin informasiya texnologiyaları üzrə mütəxəssislərinin həmin sahə üçün hazırlanan kadrların təcrübə keçməsinə cəlb olunması və ümumilikdə bu qəbildən əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.
Qeyd olunub ki, İT üzrə mütəxəssislərin hazırlanması layihənin ilkin mərhələsidır. Layihənin davamı olaraq biznesin idarəolunması, marketinq və digər sahələr üzrə yeni kadrların hazırlanması, həmçinin elmi potensialdan istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.
"“Azəralüminium” MMC və ADA Universiteti arasında həyata keçirilən bu qəbildən layihələr tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
- 19 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi