Hərracda faiz 6-dan aşağı düşsə də, tələb yüksək qalır
16.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 745,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir.
"Marja" xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini bəyan etdiyindən bu məbləği də cəlb edib.
Mərkəzi Bankın bu il 8-ci dəfə faiz endirməsi ilə bağlı olaraq depozit hərracının faiz aralığı aşağı düşüb. Sonuncu hərracın şərtlərinə görə faiz aralığı 6,01% - 7,74% aralığından 5,76% - 7,49% aralığına düşmüşdür.
HƏMÇİNİN OXU:Yeni faiz şərtləri ilə depozit hərracı elan edildi
Xəbər verdiyimiz kimi, 09.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 800,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etdiyindən bu məbləği də cəlb etmişdi.
02.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 655 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb etmişdi.
5.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 743,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etməyi nəzrdə tutduğundan bu məbləği də cəlb etmişdi.
18.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 605 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.
12.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 663.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
51 d. əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 52 d. əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl