AFBİA-nın il sonu Ümumi Yığıncağı keçirilib
12 Dekabr 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.
Assosiasiyadan “Marja”ya daxil olmuş məlumata görə, Ümumi Yığıncaqda Assosiasiyanın cari il üzrə fəaliyyət yekunları və maliyyə hesabatları üzvlərə təqdim edilib.
Bildirilib ki, 2019-cu ildə Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası üçün bir sıra ilklərlə, yeni əməkdaşlıqlarla yadda qaləb. Belə ki, Assosiasiya cari dövrdə ilk dəfə İxtisas şəhadətnaməsinin alınması üzrə Attestasiya imtahanlarına hazırlıq təlimlərinə başlamış, “Fond birjası ticarət sistemində iştirak” üzrə təlimləri təşkil etmiş, MDB, Baltikyanı və Qafqaz regionunun istiqraz bazarı üzrə XVI konqresdə ölkəmizi təmsil etmişdir.
Ümumilikdə cari dövrdə Assosiasiyanın əsas fəaliyyəti yerli və xarici şirkətlər, təşkilatlarla əlaqələrin qurulması; ölkə vətəndaşlarımızın maliyyə savadlığının artırılması üçün təlim və seminarların keçirilməsi; fəaliyyətinin ictimailəşdirilməsi və ənənəvi olaraq, qiymətli kağızlar bazarının inkişafı istiqamətində təkliflərin aidiyyəti qurumlara göndərilməsi olmuşdur.
İclasın sonunda AFBİA-nın gələcək il üzrə fəaliyyət planının və cari məsələlərin müzakirəsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl