Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avtomobil idxalı "qazda" - İKİQATA YAXIN ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil idxalı "qazda" - İKİQATA YAXIN ARTIM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycana 39 min 988 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.

 

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-noyabr dövründə ölkəmizə 22 min 714 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.

 

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında 4 min 549 ədəd, Noyabrdında isə 4 min 531 nəqliyyat vasitəsi idxal edilib. Oktyabr 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.

 

O cümlədən, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana 36 min 61 ədəd minik avtomobilləri, 494 ədəd avtobus, 3 min 261 ədəd yük avtomobili və 172 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

 

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-noyabr dövründə ölkəmizə 20 min 429 minik avtomobili,  235 ədəd avtobus, 1 938 ədəd yük avtomobili və 112 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

16.12.2019 14:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ