"Baktelecom"un xalis qazancı 2 dəfədən çox azalıb
“Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") 2018-ci ili 4 milyon 486 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, MMC 2017-ci ili 10 milyon 244 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə telekommunikasiya şirkətinin xalis mənfəəəti 2,3 dəfə azalıb.
“Marja” şirkətin Beynəlxalq maliyyə hesabatı standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə 67 milyon 945 min manat təşkil etmiş əsas gəlirlər 2018-ci ildə 69 milyon 698 min manata yüksəlib. Xidmətlərin maya dəyəri isə 35 milyon 325 min manatdan 38 milyon 55 min manata qalxıb.
Həmçinin ötən il “Bakı Telefon Rabitəsi” 1 milyon 25 min manat sair gəlirlər əldə edib. Şirkət 2017-ci ildə 13 milyon 642 min manat sair gəlirlər əldə etmişdi.
“Bakı Telefon Rabitəsi”nin ümumi, inzibati və sair əməliyyat xərcləri 30 milyon 249 min manatdan 25 milyon 912 min manata düşüb.
2017-ci illə müqayisədə 2018-ci ildə sair gəlirlərin kəskin azalması “Bakı Telefon Rabitəsi”nin xalis mənfətinin də azalmasına təsir göstərib.
"Bakı Telefon Rabitəsi" MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl