Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıda da şöbələri olan Türkiyə şirkəti borc iddialarına cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda da şöbələri olan Türkiyə şirkəti borc iddialarına cavab verdi

Bakıda da şöbələri olan “Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu barədə iddialara münasibət bildirilib.

 

"Marja" xəbər verir ki, "Simit Sarayı"nın İdarə heyətinin sədri Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın iddia edildiyi kimi 500 milyon dollar borcu yoxdur:  "Bütün banklara borcumuz, bu iddia olunan rəqəmin üçdə biri belə deyil. İstifadə etdiyimiz kreditlərin 80%-ini də özəl banklar vasitəsilə təmin edilmişdir".

 

Abdullah Kavukcu bildirib ki, "Simit Sarayı"nın böyüdülməsi üçün hazırda yerli və xarici bir çox fondlar ilə danışıqlar aparılır.  Onun sözlərinə görə, markanın dəyərinin artırılması planlaşdırılır.

 

Abdullah Kavukcu açıqlamasında "Ziraat Bankası"nın "Simit Sarayı"nı alacağı barədə məsələyə toxunmayıb.

 

Hazırda "Simit Sarayı" 25 ölkədə şöbəsi və 11 min 250 işçisi var. "Simit Sarayı" 2005-ci ildə  dünyanın ilk simit  fabrikini qurub.

 

Türkiyə mətbuatında çıxmış xəbərlərdə "Simit Sarayı"nın 500 milyon dollar borcu olduğu və "Ziraat Bankası" tərəfindən xilas ediləcəyi iddia edilmişdi. Şirkətin səhmlərinin 51%-nin də Bankın nəzarətinə keçəcəyi qeyd edilmişdi.

 

Həmçinin Türkiyənin Rəqabət Təşkilatının saytında "Ziraat Bankası"nın "Simit Sarayı"nı alacağı barədə elan yerləşdirilmişdi. "Ziraat Finans Grubu"na bağlı "Ziraat Girişim Sermayesi Yatırım Ortaklığı" (Ziraat GSYO)  keçən həftə "Simit Sarayı"nın 51%-ini almaq üçün Rəqabət təşkilatına müraciət edib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, mətbuat mənsublarına etdiyi açıqlamada ""Ziraat Bankası"nın "Simit Sarayı"nı almasını tövsiyə etmirəm" ifadələrini istifadə edib. Ərdoğanın bu açıqlamasının ardından Rəqabət Təşkilatının saytında yerləşdirilmiş təhvilalma müraciətinə aid elan silinib.

19.12.2019 05:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ