“Mərcan” brendindən xəbərdarlıq
“Açıq şəkildə və qiymət etiketində “Mərcan” yazılaraq satılan hər toyuq əti məhsulları “Azerbaijan Poultry Company” MMC şirkətinin istehsalı deyil”.
“Marja” xəbər verir ki, bunu keçirilən mətbuat konfransında “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” (“APC”) şirkətinin İctimaiyyətlə əlaqələr (PR) meneceri Günay Əkbər bildirib.
“Biz qablaşdırılmış formada satılan “Mərcan” məhsullarına görə cavabdehlik daşıyırıq. Açıq aldığınız məhsul, sadəcə kənarında yazılıb “Mərcan”, biz bu məhsullara görə məsuliyyət daşımırıq. Çünki bəzi mağaza satıcıları bizim adımızdan istifadə edərək sata bilmədikləri məhsulları “Mərcan” kimi təqdim edirlər. Alıcıları dəvət edirik ki, qablaşdırılmış “Mərcan” məhsullarını əldə etsinlər”,- Günay Əkbər bildirib.
"AÇIQ MƏHSUL MİKROBLARA AÇIQDIR"
Günay Əkbər əlavə edib ki, qablaşdırılmış məhsulun istehsalçısı, istehsal tarixi, tərkibi, hansı standartlar əsasında istehsal olunduğu bilinir: "Açıq məhsulda isə bu məlumatları əldə etmək mümkün olmur, üstəlik açıq məhsul həm də mikroblara açıqdır, bəzi mikroblar ən yüksək tempraturda belə məhv olmurlar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl