Azərbaycana gələnlərin yarısından çoxu Rusiya və Gürcüstan vətəndaşlarıdır
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 923 min 800 və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 29,7 faiziRusiya Federasiyası, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90,0 faiz), Hindistan (67,7 faiz), Çin (63,1 faiz), Misir (58,5 faiz), Malayziya (51,2 faiz), Səudiyyə Ərəbistanı (46,1 faiz), Macarıstan (32,8 faiz), Polşa (31,7 faiz), Özbəkistan (27,3 faiz), İspaniya (26,6 faiz), Filippin (26,5 faiz), Böyük Britaniya (26,5 faiz), Qazaxıstan (24,1 faiz), Cənubi Koreya (20,2 faiz), Gürcüstan (20,1 faiz) və Almaniya (19,8 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22 faiz artaraq 130 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1 milyon 60 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi dəmir yolu və avtomobil, 40,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək