Rövnəq Abdullayevin iştirakı ilə Gürcüstanda multifunksional kompleks açıldı
Bu gün Gürcüstanın Tbilisi-Sebaki-Leselidze sürət magistralında, Tercola şəhərinin yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni multifunksional kompleksinin təntənəli açılış mərasimi baş tutub.
Açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsitişvili, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava iştirak ediblər. İştirak edənlər arasında həmçinin Gürcüstan hökumətinin digər nümayəndələri və SOCAR rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və KİV nümayəndələri də olub.
Açılış nitqi ilə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorgadze çıxış edib. Təntənəli açılışdan sonra qonaqlar üçün kompleksdə ekskursiya təşkil edilib.
Yeni multifunksional kompleksə avtomobillərin yanacaq doldurulma stansiyasından başqa, oyun avtomatlarının olduğu uşaq əyləncə zonası, “Way Mart” kafe-market, “Dunkin Donuts” və “Wendy’s” iaşə obyektləri, “GPC” aptek şəbəkəsi, “Khareba” mağazası da daxildir. Həmçinin, kompleksin ərazisində elektromobillərin enerji ilə doldurulması üçün cihazlar quraşdırılıb.
Bu, “SOCAR Georgia Petroleum”un sayca üçüncü multifunksional kompleksidir. İlk belə bir kompleks Urbnisi (Qori avtobanı), ikincisi isə Rustavi şəhərində yerləşir.
SOCAR fəaliyyət göstərdiyi müxtəlif ölkələrdə yanacaqdoldurma məntəqələri şəbəkəsinin əməliyyatçısı olmaqla müştərilərə keyfiyyətli xidmət göstərilməsini hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 45 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl