Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İpoteka krediti üzrə tələblərdə dəyişiklik

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka krediti üzrə tələblərdə dəyişiklik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda güzəştli ipoteka krediti üçün ilkin ödənişin məbləği aşağı salınıb. 

 

“Azərbaycan İpoteka Fondu” krediti, üzərində mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına da verə biləcəkdir.

 

"Marja"nın məlumatına görə, indiyədək “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda ipoteka kreditinin “üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir” tələbi göstərilmişdi. Bu gün Azərbaycan Prezidentinin Fərmanı ilə  Qaydalarda dəyişikliklər edilib.

 

Dəyişikliyə əsasən, “Azərbaycan İpoteka Fondu” ASC-nin  vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:

 

-kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına verilməlidir.

 

Həmçinin güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcəkdir. Bundan əvvəl nisbət 85% idi.

 

Bundan başqa kredit kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir;

 

04.04.2017 16:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ