Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan Gürcüstana axın gözlənilir - ƏLAVƏ QATAR VƏ VAQONLAR CƏLB EDİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Gürcüstana axın gözlənilir - ƏLAVƏ QATAR VƏ VAQONLAR CƏLB EDİLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar  gücləndirilmiş iş rejimində çalışacaq.

 

Reklam_3_11

“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın  01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün  28, 29, 30,  31- i dekabr və 01,  02, 03, 04, 05 yanvar  tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.

 

Belə ki, dekabrın  27, 28, 29 –u və yanvarın  01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə  400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da  isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.

 

Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar  2020-ci il tarixlərində gözlənilir.

 

Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.

 

Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat  8:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat 16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.

 

“Azərbaycan Dəmir Yolları” bir daha sərnişinlərin nəzərinə çatdırır ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir. 

25.12.2019 07:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ