Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qızılın unsiyasının qiyməti yenidən 1500 dolları keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın unsiyasının qiyməti yenidən 1500 dolları keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızılın unsiyasının qiyməti, Milad tətili əvvəli son əməliyyat günündə, zəif ABŞ məlumatları və Pekin-Vaşinqton əlaqələrinə dair davam edən narahatlıqların dəstəyi ilə daha da yüksəlib.

 

"Marja" xəbər verir ki, "Comex" bazarında qızılın qiyməti Çərşənbə axşamı günü Noyabrın əvvəlindən bu yana ilk dəfə 1500 dollar səviyyəsini keçib. 

 

Qızıl, ABŞ Prezidenti Donald Trampun Çin ilə ticarət razılaşmasının imzalanmasınının yaxın olduğu şəklindəki şərhlərindən çox təsirlənməyib. Qızıl, ABŞ-da dayanıqlı istehlak malları sifarişlərindəki gözlənilməz eniş və zəif birinci əl mənzil satışları məlumatının ardından yüksəlib. 

 

Hong Konqda davam edən etirazlar və Çin ilə ABŞ arasında bölgədəki vəziyyət səbəbindən ola biləcək gərginlik artımı sərmayəçilərin narahatlıqlarının artmasına səbəb olub və "etibarlı liman" xüsusiyyətindəki alətlərə tələbin artmasını təmin edib. .

 

Comex qızıl kontraktları Çərşənbə axşamı günü Nyu Yorkda 1.1% yüksələrək unsiyası 1504.80 dollardan bağlanıb.  

 

Comex gümüş fyuçers kontraktları 2% yüksələrək unsiyası 17.853 dollara çatıb. Platin və palladyum da dəyər qazanıb.

25.12.2019 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ