Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Pierre Cardin" və "Adidas"ın Azərbaycan nümayəndəsi olan şirkət cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Pierre Cardin" və "Adidas"ın Azərbaycan nümayəndəsi olan şirkət cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası "BayGroup" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

 

Reklam_3_11

Xəbərə görə, Nərimanov Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

Məhkəmə qərarından MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, "BayGroup" Azərbaycanda "United Colors of Benetton", "Fossil", "Emporio Armani", "DKNY", "Diesel", "Adidas", "Police", "Skagen", "Tommy Hilfiger", "Lacoste", "Pierre Cardin" və digər məşhur brendlərin rəsmi distributoru və nümayəndəsidir. Şirkət brend saatlar, zinət əşyaları, çanta, və s. məhsulların satışını təşkil edir. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

25.12.2019 10:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ