Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Neft qiymətləri qalxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri qalxır

Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı rəqəmlərin neft ehtiyatlarının ötən həftə azaldığını və qlobal təklif artıqlığının düşməkdə olduğunu göstərməsinin ardından yüksəlib.


 
"Marja" xəbər verir ki, özəl sektorun dəstəklədiyi Amerika Neft İnstitutunun açıqladığı məlumatlara görə, neft ehtiyatları ötən həftə 1.83 milyon barrel düşüb. Çərşənbə günü açıqlanacaq rəqəmlərin isə, rəsmi ehtiyatların rekord səviyyədən gerilədiyini göstərəcəyi gözlənilir. Mövzu haqqında məlumata malik bir mənbəyə görə, Şimal Dənizi Buzzard sahəsində neft hasilatı dayanıb.


 
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bəzi üzvləri Yanvar ayında başlayan və İyun ayında sona çatacaq  altı aylıq istehsal azaldılması müqaviləsinin uzadılmasını dəstəklədiklərini bildiriblər. OPEC-in Baş katibi Məhəmməd Barkindo, Bazar günü etdiyi açıqlamada, ABŞ-da fəal aktiv neft buruqlarının sayının 2015-ci ilin Sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxmasına baxmayaraq, bazarın hazırda yenidən sabitləşməkdə olduğu məsələsində nikbin olduğunu demişdir.


 
Analitiklər bildirirlər ki, neft hasilatının azaldılması müqaviləsinin daha altı ay uzadılacağı ehtimalı neft qiymətlərini dəstəkləyir.  

 

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında təxminən 2,1% bahalaşaraq bareli 51.28 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 2,4% yüksələrək bareli 54.29 dollara çıxıb. 

05.04.2017 06:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ