Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Qalibə 20 min manatın 10 min manatı şəxsi xərc üçün veriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qalibə 20 min manatın 10 min manatı şəxsi xərc üçün veriləcək"

Bu gün “Yüksəliş” müsabiqəsinin başlanılması ilə bağlı mətbuat konfransı keçirilib.

 

Reklam_3_11

Tədbirdə çıxış edən Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikultutarizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib ki, bu müsabiqə kadr ehtiyatı bankının yaradılması üçün ən əlverişli müsabiqələrdən biri olacaq.

 

Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin tarixi bir müsabiqə olduğunu qeyd edib: “Müsabiqənin müəyyən mərhələləri DİM-ə tapşırılıb. Biz bu müsabiqədə düynada istifadə olunan ən müasir alətlərdən istifadə edəcəyik. Son 20 ildə əldə etdiyimiz təcrübədən istifadə edərək, müsabiqənin yüksək səviyyədə keçirilməsinə nail olacağıq”.

 

Təşkilat Komitəsinin üzvü, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin mərhələləri barədə məlumat verib: “Müsabiqənin 5 ay davam etməsi nəzərdə tutulub. Müsabiqənin iyun ayında başa çatacağını düşünürük. Onu da deyim ki, müsabiqədə 20 qalib olacaq və onların həri birinə 20 min manat veriləcək. Məbləğin 10 min manatı həmin şəxsin təhsilinə, 10 min manat isə şəxsi xərc üçün nəzərdə tutulacaq”.

 

Gənclər və İdman naziri Azad Rəhimov “Yüksəliş” müsabiqəsinin kadr potensialının yaradılmasında böyük rol oynayacağını vurğulayıb. O, müsabiqəyə 21-51 yaşlı insanların dəvət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “21 yaşlı gənclər çox fəaldır, dövlət və ölkə üçün önəmli işlər görməyə çalışırlar. 51 yaşa gəlincə, insanlar var ki, bu yaşa qədər özünü göstərə bilməyib, ancaq böyük təcrübəyə, biliyə malikdir. Ona görə də bu insanlara da şərait yaradılmasını nəzərdə tutmuşuq”.

 

 Tədbir sualların cavablandırılması ilə davam edib. 

 

HƏMÇİNİN OXU: Perspektiv rəhbər şəxslərin müəyyən edilməsi üçün müsabiqəyə qeydiyyat başladı

 

27.12.2019 07:48

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ