Beynəlxalq Bank təcrübəçi qəbulunu açıq elan etdi - İŞLƏ, TƏCRÜBƏ TOPLA

Azərbaycan Beynəlxalq Bankı Korporativ kreditlərin rəsmiləşdirilməsi qrupuna təcrübəçi qəbulunu açıq elan edir.


 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

 

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

 Öyrənəcəkləriniz:

 -Korporativ seqmentinə aid bütün müştərilərə rəsmiləşdirmə xidmətinin göstərilməsi;

-Rəsmiləşdirmə prosesində tələb olunan sənədlərin toplanması üçün müştərilərə dəstək göstərilməsi.

-Müştərilərə səyyar xidmətin göstərilməsi;

-Kredit, Qarantiya, Akkreditiv, Zaminlik, Girov, İpoteka, müqavilələrin hazırlanması;

-Əqdlərin AƏS-ə daxil olunması;

Notariuslarla iş.

 

Bizim üçün ideal namizəd:

-Ali təhsili;

-Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti olan;

-Yazılı və şifahi ünsiyyət bacarıqlı;

-Komputer bilikləri yüksək səviyyədə olan bir şəxsdir.

 

Bu təcrübə proqramı sizə nələri qazandıracaq:

-Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;

-Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə öz CV-nizi 15 yanvar 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

 

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir.

Əlavə məlumat üçün: www.ibar.az

28 Dekabr 2019 , 08:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin