Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Rabitəbank və "AzeriCard" birgə yeni xidmətlər təklif edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank və "AzeriCard" birgə yeni xidmətlər təklif edəcək

Rəqəmsal təklifləri ilə gündəmdə olan "Rabitəbank", NFC texnologiyasının tətbiqinə hazırlaşır.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 2020-ci ildə, "Rabitəbank" ASC və ölkənin ilk və qabaqcıl prosesinq mərkəzi "AzəriCard", beynəlxalq ödəniş sistemlərinin təqdim etdiyi VTS (Visa Token Service) və "Mastercard MDES" (Mastercard Digital Enablement Service) layihələrinin tətbiqini həyata keçirməyə planlaşdırır. 

 

Bu iki ödəniş sistemi - VTS/MDES xidməti Android platformalı mobil telefonlarda Visa/Mastercard kartları ilə NFC texnologiyası üzərindən təmassız ödənişlərin aparılmasına imkan verən rəqəmsal xidmətdir. Bu istiqamətdə artıq ilkin testlərin həyata keçirilməsi başlamışdır.

 

Həmçinin, "Rabitəbank" "Mastercard" şirkətinin digər qlobal istifadəyə malik, tək toxunuşlu və təhlükəsiz ödəniş həlli olan "Masterpass" layihəsini "AzəriCard" prosessinq mərkəzi ilə tətbiq etməyi 2020-ci ildən etibarən nəzərdə tutub.

 

"Rabitəbank" və "AzeriCard"ın yeni və rəqəmsal xidmətlərinin siyahısına, kart vasitəsi ilə beynəlxalq pul köçürmələrini reallaşdırmaq üçün "Mastercard Moneysend" və "Visa Direct" xidmətlərinin tətbiqi olunması da daxildir.

 

"Rabitəbank", 25 xidmət məntəqəsi və 68 ATM-ı, "Rabitəbank Mobile" adlı mobil tətbiqi və İnternet Bankinq, "RabitəBot" adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.

29.12.2019 07:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ