Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çörək zavodunun direktoru şantaj olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çörək zavodunun direktoru şantaj olunub

Bakıda “Nur” çörək zavodunun direktoru şantaja və pul tələbinə məruz qalıb.

 

Bu barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindəki mənbə məlumat verib.

 

Dekabrın 28-də müəssisənin direktoru, 1977-ci il təvəllüdlü Söhrab Cabbarov 17-ci Polis Bölməsinə müraciət edərək, saat 09:00 radələrində Ziyad adlı birinin ona zəng etdiyini deyib. O, “Nur” zavodunda hazırlanmış çörəkdən bir parça rezin tapdığını bildirib.

 

Həmin adam sahibkara tələb olunan məbləği ödəməyəcəyi təqdirdə keyfiyyətsiz məhsulla bağlı Qida Təhlükəsizliyi Agentliyinə şikayət edəcəyi ilə hədələyib. Onun zavod direktorundan nə qədər pul tələb etdiyi hələlik bilinmir.

 

Faktla əlaqədar istintaq başladılıb, şübhəli şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Ziyad Abbasovdur.

 

Zavod direktoru məlumatı təsdiqləyib, ancaq istintaq getdiyini bildirərək, şərh verməkdən imtina edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Oxu"

29.12.2019 12:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ