BMW, Mercedes-i ötüb
BMW, 2017-ci ilin mart ayında ABŞ-da rəqibi Mercedes-lə müqayisədə təqribən 1900 ədəd daha çox avtomobil satıb.
"Marja" xəbr verir ki, ABŞ-da X3 və X5 idman avtomobillərinin satışları mart ayında müvafiq olaraq 43 faiz və 45 faiz nisbətlərində artaraq BMW-nin cəmi satışlarının 31 min 15 avtomobilə çatmasını təmin edib. Beləliklə, Almaniyanın avtomobil nəhəngi, mart ayında ABŞ-da rəqibi Mercedes-lə müqayisədə təqribən 1900 ədəd daha çox avtomobil satmışdır.
BMW-nin Şimali Amerika üzrə İcraçı Direktoru Bern Kuhnt etdiyi açıqlamada, yeni BMW 5 seriyasının da sedanlar üçün çətin olan bir bazarda yaxşı satıldığını bildirərək, gələcək aylar üçün də nikbin olduqlarını sözlərinə əlavə edib.
40 YENİ AVTOMOBİL BAZARA ÇIXARDACAQ
BMW-nin İcraçı Direktoru Harl Krueger, gələcək iki ildə 40 yeni avtomobili bazara çıxararaq BMW tarixində ən geniş miqyaslı model yeniləmə işinə imza atmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
2 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
3 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl
- 4 saat əvvəl