Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub"

"Hazırda Azərbaycana turistlər əsasən 26 ölkədən gəlir". Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

 

Reklam_3_11

Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən gələnlərin sayında artım müşahidə olunub: "Azərbaycana turist axını əsasən Körfəz ölkələri, İran, Rusiya və Avropa ölkələrindən gəlir. Ümumilikdə, turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxaracaq. Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Gələcək proqnoza gəlincə, ölkəyə gələn turistlərin sayında böyük artım gözlənilir. Bakıda keçiriləcək İslam Həmrəylyi, Şopinq Festivalı və digər tədbirlər turistlərin müəyyən qədər artmasına imkan yaradacaq".

 

"Rusiya və ərəb ölkələrindən turist axını 10-15, digər ölkələrdən gələnlərin sayı isə 20-30 dəfə artıb. Ərəb ölkələrindən gələn turistlərə vizaların hava limanlarında verilməsi turizmin inkişafına böyük təkan verib", - deyə A.İsmiyev vurğulayıb.

 

Nazirlik rəsmisi əlavə edib ki, hazırda Bakıda 25 hostel, 92 apartament turistlərə xidmət göstərir: "Bu müəssisələr özəldir və sahibkarlar tərəfindən yaradılır. Məsələn, apartamentlərin hamısı şəxsi adamların evləridir və turistlərə icarəyə verilir. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması üçün bir sıra tədbirlər həyata keçirilir”.

 

© Report

05.04.2017 11:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ