Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qızılın qiyməti Orta Şərqdə artan gərginlik ilə 4 ayın ən yüksək səviyyəsinə qalxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti Orta Şərqdə artan gərginlik ilə 4 ayın ən yüksək səviyyəsinə qalxdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızılın qiyməti, ABŞ-ın İraqda İranlı bir generalı öldürməsinin ardından artan gərginlik ilə yüksəlib. 


 

Reklam_3_11

ABŞ-ın təşkil etdiyi hava hücumu nəticəsində İranın ən güclü generallarından biri öldürülüb.

 

"Marja" xəbər verir ki, bunun nəticəsində Orta Şərqdə gərginlik daha da artıb. Buna bağlı olaraq "etibarlı liman" xüsusiyyətindəki alətlərə, o cümlədən qızıla tələb artıb. 

 

Qlobal bazarlarda qızılın unsiyasının qiyməti 1% artaraq 1544.52 dolları görüb. Bu qiymət, 5 Sentyabrdan bu yana ən yüksək səviyyədir.

 

ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, ABŞ Prezidenti Donald Trampın əmri ilə təşkil edilən hava hücumlarında İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı "Qüds Gücü"nün komandiri general Qasım Süleymani öldürülüb. İran Dini Lideri Əli Xamenei, İranlı komandiri öldürənləri "şiddətli bir cavab" gözlədiyini bildirib.

 

Dolların ucuzlaşması və geosiyasi narahatlıqların təkrar ön plana çıxması qızılın bahalaşmasına təkan verir.


Yumuşaq pul siyasətləri, Çilidən Honq Konqadək regional geo-siyasi gərginliklər, mərkəzi bankların və  fondların alışları ilə ötən il 2010-cu ildən bu yana qızılda ən böyük illik qiymət artımı baş verib. 

03.01.2020 09:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ