Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları keçən həftə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları keçən həftə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 11,5 milyon barel (2,6%) azalaraq 429,9 milyon barelə gerilədiyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, bazar proqnozu ehtiyatların 3,2 milyon barel azalacağı istiqamətində idi. Kommersiya xam neft ehtiyatları bir əvvəlki həftə 5,5 milyon barel azalmışdı.

 

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları keçən həftə dəyişməyərək 635 milyon barel səviyyəsində sabit qalıb. 

 

Söz mövzusu dövrdə ABŞ-ın benzin ehtiyatları isə 3,2 milyon barel (1,3%) artaraq 242,5 milyon barelə yüksəlib. Benzin ehtiyatları bir əvvəlki həftə 2 milyon barel artmışdı.

 

ABŞ-da xam neft istehsalı dəyişməyib. İstehsal 21-27 dekabr həftəsində 12,9 milyon barel səviyyəsində hesablanıb. 

 

Ölkənin gündəlik orta xam neft istehsalının bu il 13,2 milyon barel olacağı təxmin edilir.

04.01.2020 20:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ