Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əkrəm Həsənov 638 iş üzrə DSMF-yə kömək edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əkrəm Həsənov 638 iş üzrə DSMF-yə kömək edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bankları və bir sıra məmurları tənqid etməsilə tanınmış hüquqşünas Əkrəm Həsənovun rəhbəri olduğu şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xidmət göstərəcək. 

 

“Marja” xəbər verir ki, Əmək və Əhalinin Sosial müdafisəi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi “Əkrəm Həsənov və partnyorları" MMC ilə müqavilə imzalayıb. Məbləği 185 min 300 manat olan müqavilə “pensiya, sosial sığorta və sosial müavinət məsələləri üzrə 400-ü 1-ci instansiya, 192-si apelyasiya məhkəməsi, 46-sı kassasiya instansiyalarında olmaqla ümumilikdə 638 iş üzrə məhkəmələrdə hüquqi dəstək xidmətlərinin təkliflər sorğusu üsulu ilə satınalınması”nı nəzərdə tutur.

 

Müqavilənin bağlanılmasında dair məlumat 30.12.2019-cu il tarixində dərc edilib.

 

2016-cı ildə yaradılmış və 1000 manat nizamnamə kapitalı olan “Əkrəm Həsənov və partnyorları" MMC-nin qanuni təmsilçisi Əkrəm Şirvan oğlu Həsənovdur.

06.01.2020 07:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ