Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Nazirlik: Mehmanxanalardakı xidmət səviyyəsi bizi də narahat edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik: Mehmanxanalardakı xidmət səviyyəsi bizi də narahat edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Mədəniyyət və Turizm Nazirliyi Bakıda yeni yaradılan hostel və apartamentlərin sayını açıqlayıb. Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, artıq Bakıda 25 hostel, 92 apartament fəaliyyət göstərir. Onun sözlərinə görə, bunlar özəl müəssisələrdir və sahibkarlar tərəfindən yaradılır: “Məsələn, apartamentlərin hamısı şəxsi adamların evləridir və turistlərə icarəyə verilir. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması dəstəklənir”.

Reklam_3_11

 

Şöbə müdiri əlavə edib ki, 2-3 ulduzlu mehmanxanaların tikilməsi nazirlik üçün prioritet məsələdir. Bunun mütəmadi olaraq müzakirəyə çıxarıldığını deyən A.İsmiyev vurğulayıb ki, nəinki 2-3, hətta 4 ulduzlu mehmanxanaların tikilməsi də məqsədəuyğundur: “Son zamanlar hotellərdə yer çatışmazlığı məsələsi ortaya çıxır. Bu problemləri nəzərə alaraq belə mehmanxanaların fəaliyyət göstərməsi müsbət addımdır. Ölkədə hotellərdə turistlərin yerləşdirilməsi üçün müvafiq standartlar var. Əgər hostel və apartamentlərin sayı çoxalsa, onlar üçün yeni standartlar hazırlana bilər. Hotel və mehmanxanalardakı xidmət səviyyəsi bizi də narahat edir.  Bu gün bizdə xidmət səviyyəsinin yüksək olduğunu deyə bilmərik. Amma ötən illərlə müqayisədə böyük sıçrayış var. Nazirlik səviyyəsində müxtəlif treninq kurslar keçirilir. Hazırda Azərbaycan Turizm və Menecment Universiteti, peşə məktəbi fəaliyyət göstərir. Gələcək planda 4-5 əlavə peşə məktəbinin tikintisi nəzərdə tutulur. Peşə məktəblərinin açılması isə bu sahədə kadr çatışmazlığı probleminin həll edilməsinə müsbət təkan verə bilər”.

05.04.2017 11:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ