İranda 180 sərnişinin olduğu təyyarə düşdü
İranın ABŞ-ın İraqdakı hava bazalarını raketlər ilə vurmasının ardından İranda içərisində 180 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.
"Marja" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
"Boeing 737" model təyyarənin Ukrayna Hava Yollarına aid olduğu bildirilir.
İlk məlumata görə, təyyarə texniki bir problemə görə düşüb.
İran dövlət televiziyasının xəbərinə görə, Ukraynanın paytaxtı Kievə getmək üçün Tehrandakı "İmam Xomeyni" Beynəlxalq Hava limanından qalxan "Boeing 737" model sərnişin təyyarəsi qısa müddət sonra "texniki problemə görə" düşüb.
Təyyarədə 180 sərnişinin olduğu qeyd edilib.
Xəbər verdiyimiz kimi, bu gecə İran İnqilab Keşikçiləri Ordusu, ABŞ-ın İraqdakı "Ayn el-Esad" hava bazasını onlarla raket ilə vurub. Pentaqondan verilən açıqlamada isə, "el-Esad" və "Erbil" bazalarına 12-dən çox balistik raket ilə hücum təşkil edildiyi bildirilib.
İran dövlət televiziyası "General Qasım Süleymaninin və yoldaşlarının intiqamı üçün ilk cavab verildi" məlumatını yayıb.
#Breaking First footage of the Ukrainian airplane while on fire falling near #Tehranpic.twitter.com/kGxnBb7f1q
— Ali Hashem علي هاشم (@alihashem_tv) January 8, 2020
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl