Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dekabrda pul bazası kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dekabrda pul bazası kəskin artıb

2019-cu ilin Noyabr ayının sonu ilə müqayisədə Dekabr ayında pul bazası 1 milyard 478 milyon manat artaraq ilin sonunda 12 milyard 152.5 milyon manata çatıb.

 

Reklam_3_11

Noyarda pul bazası 375.7 milyon manat artaraq 10 milyard 674,5 milyon manata çatmışdı. Oktyabrda artım 81,5 milyon manat təşkil etmişdi. 

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ilin 12 ayı ərzində pul bazası 2 milyard 606.8  milyon manat artıb.

 

Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

 

Pul bazası (milyon manat)

Tarix                Dəyər

30.12.2019     12152.5
29/11/2019     10674.5
31/10/2019     10298.8
30/09/2019     10217.3
30/08/2019     10157.6
31/07/2019     10574.3
28/06/2019     10376.9
31/05/2019     10172.4
30/04/2019     9495.1
29/03/2019     8946.3
28/02/2019     9014.1
31/01/2019     8709.2
29/12/2018     9545.7

08.01.2020 11:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ