Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Digər böyük şəhərlərimizin də Baş Planı tərtib edilməlidir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Digər böyük şəhərlərimizin də Baş Planı tərtib edilməlidir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Digər böyük şəhərlərimizdə də buna oxşar proseslər getməlidir, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərinin və digər şəhərlərimizin Baş Planı tərtib edilməlidir”.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib:

 

Prezident çıxışına belə davam edib:

 

"Çünki əhalimiz artır, iqtisadi fəallıq, sənaye artır və artmalıdır. Ona görə növbəti illərdə çox düşünülmüş addımlar atılmalıdır. Biz son illərdə 3200-dən çox məktəb tikmişik. Ancaq hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar. Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir. Yəni, artan əhali bütün infrastruktura artan yük deməkdir - həm nəqliyyata, həm sosial infrastruktura, həm də ictimai zonaların fəaliyyətinə. Ona görə siz işləri Baş Plan əsasında qurarkən mütləq perspektivi də nəzərdə saxlamalısınız, çünki əhalimiz bundan sonra da artacaq. Artımın da əsas səbəbi iqtisadi inkişafdır. İqtisadi inkişaf olmayan yerlərdə nadir hallarda əhali artır. Amma bizim iqtisadi inkişafımız bundan sonra da dayanıqlı olacaq. Ona görə bütün bu işlər bəri başdan hesablanmalıdır”.

08.01.2020 13:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ