Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qanunsuz kabel yayımçılarına qarşı mübarizə başlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanunsuz kabel yayımçılarına qarşı mübarizə başlayacaq

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi olub.  

 

“Hazırda Azərbaycanda 17-si kabel, 15-i IP televiziya kanalı olmaqla, 32 televiziya kanalı fəaliyyət göstərir. Bununla əlaqədar bu sahədə qanunvericiliyin tənzimlənməsinə ehtiyac var”, - deyə Komitənin sədri Rafael Hüseynov bəyan edib.

 

Onun sözlərinə görə, yerli tezliklərdə xarici kanalların yayımı dayandırılandan sonra, kabel yayım xidmətlətri göstərən şirkətlərin imkanları artıq.

 

“Kabel şəbəkəsi haqqında” qanun layihəsi 4 bölüm və 17 maddədən ibarətdir.

 

Milli Televiziya və RadioŞurasının sədri Nüşrəvan Məhərrəmli qeyd edib ki, 2002-ci ildə teleradio ilə bağlı qanun qəbul olunduqda kabel şəbəkəsi o qədər də inkişaf etməmişdi. “Zamanla bu sahədə böyük dəyişikliklər baş verdi, bu da yeni qanuna ehtiyac yaratdı . Bu gün nəinki Bakı və Sumqayıtda, Gəncədə, Mingəçevir də bu şəbəkə ilə əhatə olunub. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdılarsa, hazırda 100-dən çox kanala baxa bilirlər”, - deyə o vurğulayıb.

 

N.Məhərrəmli İnternet yayımın yaradılmasının əhəmiyyətini qeyd edib. “Bu sahə o qədər sürətlə inkişaf edir ki, qeyd olunan istiqamətdə fəaliyyətin tənzimlənməsinə ehtiyac var. Son bir ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün Şuraya müraciət edərək lisenziya alıb”, - deyə o bildirib.

 

N.Məhərrəmlinin sözlərinə görə, əksər çoxmərtəbəli binalarda qanunsuz kabel yayımı faktları mövcuddur. “Hesab edirik ki, qeyd olunan qanun layihəsi bu cür qanun pozuntuları ilə səmərəli mübarizə aparmağa imkan yaradacaq”, - deyə o bəyan edib.

 

MTRŞ sədri deyib ki, Rusiyanın “NTV+” televiziya kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır.

 

“Biz onlarla mübarizə apara bilmirik. Azəırbaycan vətəndaşlarının əksəriyyəti zamanında futbol matçlarına baxmaq məqsədilə bu şəbəkəyə qoşulub. Bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Vergilər, Daxili İşlər nazirliklərinə müraciət etmişik. Lakin bu istiqamətdə mübarizə lazımi səviyyədə aparılmır”, - deyə N.Məhərrəmli əlavə edib.

 

©  “İnterfaks-Azərbaycan”

05.04.2017 14:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ