"Optimal Elektronika"nın maşını aşıb, şirkətin əməkdaşları xəsarət alıblar
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 101-ci kilometrliyində, magistralın rayonun Məhəmmədli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini,1989-cu il təvəllüdlü Asim Nofəl oğlu Quliyevin idarə etdiyi, "Optimal Elektronika" MMC-yə məxsus məişət əşyalarını daşıyan "İsuzu" markalı, 99-JS -534 dövlət nömrə nişanlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı şirkətin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza nəticəsində yük avtomobilində olan məişət texnikası və avadanlıqları ətrafa səpələnərək yararsız hala düşüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 d. əvvəl
-
24 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
27 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
30 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb