42 milyon dollarlıq 2 tələbə yataqxanası planı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda iki tələbə yataqxanasının tikintisi üçün biznes planlar hazırlayıb, layihələrin ümumi dəyəri 42 milyon dollar təşkil edir. Bu barədə hökumətdən məlumat verilib.
“Layihələrdən biri Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tiintisi və müvafiq xidmətlərin göstərilməsini nəzərdə tutur. Bu layihə 32 milyon dollar həcmində qiymətləndirilir. Eyni zamanda, KOBİA “Tik-İstismar et-Təhvil ver” maliyyələşdirmə sxeminin tətbiqi ilə investor cəlb etməyi ümid edir”, - hökumətdən qeyd ediblər.
İkinci layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün yataqxananın tikintisini nəzərdə tutur. Layihə 10 milyon dollar həcmində qiymətləndirilir. İşlərin maliyyələşdirilməsində də “Tik-İstismar et-Təhvil ver” sxeminin tətbiqi ilə nəzərdə tutulur.
Agentliyin qiymətləndirmələrinə əssaən, hər iki layihənin reallaşdırılması müddəti 2,5 il, xərcin çıxarılması müddəti – 10 il təşkil edir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
8 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
8 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
9 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 9 saat əvvəl