Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankdan yerli aviaşirkət üçün 300 milyon dollarlıq zəmanət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan yerli aviaşirkət üçün 300 milyon dollarlıq zəmanət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı (ABB) “Wilmington Trust Company” (ABŞ) şirkətinə 300 mln. dollar məbləğində zəmanət məktubu verib. Bu barədə Bankın yarımillik hesabatında bildirilir.

 

Məlumata görə, zəmanət məktubu Azərbaycanın “Silkway Airlines” şirkətinin 2 ədəd “Boeing B747-8F” modelli hava gəmisi və 1 ədəd “GEnx-2B67” modelli ehtiyat mühərrikinin idxalının maliyyələşdirilməsi məqsədi ilə verilib. Bu məqsədlə ABB və aviaşirkət arasında əqd bağlanılıb.

 

Bundan başqa, Bank ABŞ-ın “Cargill Financial Services International” şirkəti ilə ticarət yönümlü kredit sazişi imzalayıb. Saziş 2016-cı il ərzində ümumi dəyəri 558,9 mln. dollar olan bir neçə kreditin cəlb olunmasını nəzərdə tutur.

 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsinə və 1 759 fiziki şəxsə məxsusdur.

 

©Report

19.12.2016 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ