Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Yeni tikilən tunellər qatarların fasiləsiz və sürətli hərəkətini təmin edir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yeni tikilən tunellər qatarların fasiləsiz və sürətli hərəkətini təmin edir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Abşeron dairəvi dəmir yolunun avtomobil yolları ilə kəsişməsində 15 keçidin tikintisi planlaşdırılıb. Həmin tunel tipli yolötürücülərinin 7-si artıq istismara verilib.


Ümumiyyətlə, bu cür tunellərin hərəkətin təşkilindəki rolu nədən ibarətdir?


Bununla bağlı dəmir yolu üzrə ekspert Yasin Mustafayev verdiyi açıqlamada yeni tikilən tunellərin və yolötürücülərin avtomobil yolunda sıxlığın aradan qaldırılmasını təmin etdiyini deyib.


Onun sözlərinə görə, nəqliyyatın sürətlə və intensiv hərəkət etdiyi bütün yollarda kəsişmələrin müxtəlif səviyyəli olması arzu olunan, bəzi hallarda isə vacibdir:

 

"Bu, həm avtomobil, həm də dəmir yolu şəbəkəsinə aiddir. Amma, bu, hər zaman təmin oluna bilmir. Əsasən də maliyyə baxımından baha başa gəldiyindən kəsişmələrin müxtəlif səviyyəli olması üçün müəyyən zaman və vəsait tələb olunur".


O bildirib ki, son zamanlar qeyd edilən məsələ ilə bağlı yeniliklərə şahid oluruq:

 

"Yol ötürücülərinin və tunel tipli yolötürücülərinin layihələndirilməsi və inşa edilməsi istiqamətində intensiv fəaliyyət həyata keçirilir. Belə müxtəlif səviyyəli keçidlərin əhəmiyyəti təkcə təhlükəsizliyin təminatı deyildir. Eyni zamanda hərəkətin dayanmadan davam etdirilməsində böyük rolu oynayır. Yeni tikilən tunellər və yolötürücüləri avtomobil yolunda sıxlığın aradan qaldırılmasını və dəmir yollarında vaxt baxımından səmərələliyin artırılmasını, bununla da qatarların cədvələ uyğun fasiləsiz və sürətli hərəkətini təmin edir. Hər iki nəqliyyat vasitəsi bir-birinə mane olmadan hərəkətini davam etdirir. Müxtəlif səviyyəli keçidlərin inşası perspektivdə də nəzərdə tutulmalıdır. Digər istiqamətlərdə, əsasən də sürətli yollarda bu prinsipin həyata keçirilməsi vacib məsələ olmalıdır”.

14.01.2020 07:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ