Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Azercell Telekom" “Mobil Diş Klinikası” hesabatını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell Telekom" “Mobil Diş Klinikası” hesabatını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® “Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb.

 

Reklam_3_11

Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda rayonlarımıza səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub.

 

Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan Azercell “Mobil Diş Klinikasını” ən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

 

Qeyd edək ki, bu klinikanın bütün tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikasının” həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıb.

15.01.2020 10:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ