Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kirayə mənzil mexanizmi nə vaxt fəaliyyətə başlayacaq? - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kirayə mənzil mexanizmi nə vaxt fəaliyyətə başlayacaq? - AÇIQLAMA

"2020-ci ildə kirayə mexanizminin fəaliyyətə başlaması təmin ediləcək"​

 

Reklam_3_11

Bu, İpoteka və Kredit Zəmanət Fondundan “Marja”ya bildirilib.

 

Bundan öncə kirayə mexanizminin ötən ilin Dekabr ayında fəaliyyətə başlayacağı məlumatı yayılmışdı.

 

Qeyd edilib ki, həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qayda ilə Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılması nəzərdə tutulub.

 

Ötən dövr ərzində Fond tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri həyata keçirilib. Belə ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

 

Fonddan bildirilib ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara ASAN Xidmət Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

16.01.2020 09:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ