Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fevralın 1-dən əhaliyə xərcinin bir hissəsinin qaytarılmasına başlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fevralın 1-dən əhaliyə xərcinin bir hissəsinin qaytarılmasına başlanır

Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.

 

Belə ki, ödənişi post terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.

 

"Marja"nın məlumatına görə, İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 Fevral tarixindən başlanılması nəzərdə tutulur.

 

“Əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi gedir. Artıq Əsasnamə layihəsi hökumətə təqdim edilib və qısa müddətdə təsdiq ediləcəyi gözlənilir. Paralel olaraq əlavə dəyər vergisinin geri qaytarılması prosesinə dair texniki tələblər hazırlanıb. Orada texniki xətalar çıxmadığı halda, ən uzağı, Fevralın 1-dən ƏDV-nin qaytarılması mexanizmi tam hazır olacaq və istehlakçılara təqdim ediləcəkdir”,- İlkin Vəliyev bildirib.

16.01.2020 10:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ